USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət büdcəsinin vəsaiti hesabına satınalmalar artıb

30.08.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin vəsaiti hesabına 6404 sayda satınalma həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"01.01.2019-01.07.2019-cu il tarixlərində keçirilmiş 6404 sayda satınalma 3 milyard 110,2 milyon manat məbləğində vəsaiti əhatə etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həm say, həm də məbləğ baxımından çoxdur. Belə ki, cari ilin birinci yarımilində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 417 sayda və ya 7,0% çox satınalma keçirilmiş, məbləğ baxımından isə bu, 151,9 milyon manat və ya 5,1% çox olmuşdur.

Artım əsasən açıq tender və təkliflər sorğusu metodu ilə keçirilən satınalmalarda müşahidə edilmişdir. Ən böyük azalma isə 120 sayda və 46,2 milyon manat olmaqla bir mənbədən satınalmalarda müşahidə edilmişdir. Bir mənbədən satınalma prosedurlarında icra edilmiş vəsaitdə 36,1%- lə ən yüksək xüsusi çəkiyə "təcili tələbat”la keçirilən satınalmalar malik olmuşdur”,- Vüqar Gülməmmədov bildirib.