USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pul bazası 16% artıb

30.08.2019 İqtisadiyyat
0 0
Bu ilin iyulun sonuna Azərbaycanda pul bazası 11 668,0 mln. manat təşkil edib ki, bu göstərici ilin əvvəlindən 1 024,3 mln. manat və ya 9,6%, son bir ildə isə 1 588,9 mln. manat və ya 15,8% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin iyulun sonuna ölkədə manatla pul bazasının həcmi 10 574,3 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 1 028,6 mln. manat və ya 10,8%, son bir ildə isə 1 685,4 mln. manat və ya 19% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.