USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

24.02.2020 İqtisadiyyat
0 0
İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.

"Kommersant.az" xəbər verir ki, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir. Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir.