USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən gətirilən kivi qurusu məhv edildi

28.02.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

“Kommersant.az” xəbər verir ki, AQTA-dan verilən məlumata görə, “Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edilib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək
Daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1 500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt Təhlükəli Tullantılar poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

©Report