USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il ölkədə audit xidmətləri ciddi şəkildə bahalaşıb - HESABAT

03.05.2021 İqtisadiyyat
0 0
2020-ci ildə Azərbaycanda audit xidmətlərinin qiymətində artım baş verib.

Kommersant.az” xəbər verir ki, bu barədə Auditorlar Palatasının açıqladığı statistik məlumatlarda qeyd olunub.

2020-ci ildə 55 sərbəst auditor və 116 auditor təşkilatı Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edib.

Ötən il təsərrüfat subyektləri ilə ümumilikdə 77 milyon manat məbləğində 5 056 müqavilə bağlanılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 6451-dən 5056-ya qədər, yəni 1395 ədəd və ya 21,6% azalıb, məbləği isə 73,1 milyon manatdan 77,0 milyon manata qədər, yəni 3,9 milyon manat və ya 5,3% artıb.

Bağlanmış müqavilələrdən 53,8 milyon manat məbləğində 4103-i yerinə yetirilib. 2019-cu il ilə müqayisədə 2020-ci ildə yerinə yetirilmiş üqavilələrin sayı 5205-dən 4103-ə qədər, yəni 1102 ədəd və ya 21,2%, məbləği 59,5 milyon manatdan 53,8 milyon. manata qədər, yəni 5,7 milyon manat və ya 9,6% azalıb. Orta məbləği isə 11,4 min manatdan 13,1 min manata qədər, yəni 1,7 min manat və ya 14,9% artıb

Qeyd edək ki, 2019-cu ildə isə yerinə yetirilmiş müqavilələrin sayı 5 205, məbləği 59,5 mln manat təşkil edib, orta məbləğ 11,4 mni manat olmuşdu.