USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Təhsil sahəsində yeni qərarların qəbul edilməsi nəzərdə tutulur” - NAZİR

08.06.2021 İqtisadiyyat
0 0
“Təhsil sahəsinin inkişafı hökumətin prioritetlərindən biridir və ildən-ilə bu vəsait artırılır”.

"Kommersant.az" xəbər verir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Nəzərə almalıyıq ki, 2020-ci ildə bizim ÜDM-də bir qədər azalma baş verib. Amma buna baxmayaraq xərclərin artırılması istiqamətində də addımlar atılmaqdadır. Prezidentin tapşırığı ilə təhsil sahəsində yaxın vaxtlarda yeni qərarların qəbul edilməsi nəzərdə tutulur”, – deyə S.Şərifov bildirib.