USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoinin qiyməti 51 min dollara çatıb

06.09.2021 İqtisadiyyat
0 0
Bitkoinin qiyməti 51 min dollara çatıb. Xatırladaq ki, sonuncu dəfə kriptovalyuta bu səviyyədə mayın 13-ü olub.

“CoinMarketCap”ın Bakı vaxtı ilə saat 01:20-dəki məlumatlarına görə, ən böyük kriptobirjalarda bitkoinin qiyməti orta hesabla 51.6 min dollar olub. Kriptovalyuta 3% bahalaşıb.

Aprel ayında bitkoinin qiyməti tarixdə ilk dəfə olaraq 65 min dolları keçib, lakin sonra azalmağa başlayıb. İyulda qiymət 30 min dollardan aşağı düşüb, sonra yenidən yüksəlib. Avqustun sonunda kriptovalyutanın qiyməti 50 min dolları keçib.