USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyi daha 10 mln manatlıq borc cəlb edib

22.09.2021 İqtisadiyyat
0 1
21 sentyabr 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0110002927 ISIN kodlu, tədavül müddəti 2548 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə MaN-dən bildirlir.

AZ0110002927 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 54.3 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100,9168 (gəlirlilik 7,3302%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 12 sentyabr 2028-ci ildir.