USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“2022-ci ildə dünyada 40 milyon insan aclıqla üzləşə bilər”

07.07.2022 İqtisadiyyat
0 0
Dünyada təxminən 40 milyon insan Ukraynadakı vəziyyətə görə qida çatışmazlığı problemi ilə üzləşəcək.

Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.

“Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Ukraynadakı vəziyyətin təsirlərini proqnozlaşdırsaq, 2022-ci ildə xroniki qidalanma ilə üzləşəcək daha 40 milyon insan deməkdir”, – deyə M.Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə aclıq problemi ilə 70 milyondan çox insan üzləşə bilər.