USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağda yol çəkilişlərinə Türkiyənin beş şirkəti cəlb edilib

25.08.2022 İqtisadiyyat
0 0
Azad olunan ərazilərin yol infrastrukturunun tikintisində Azərbaycan və Türkiyə şirkətlərindən başqa heç bir xarici şirkət fəaliyyət göstərmir.

"Kommersant.az"ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, həmin işlərdə yalnız 5 Türkiyə şirkəti fəaliyyət göstərir.

"Qalan yolların tikintisində Azərbaycan şirkətləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öz təsərrüfatları iştirak edir. Yol sisteminə başqa heç bir xarici dövlət şirkəti cəlb edilməyib",- S.Məmmədov deyib.