USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya qazın ixracını kəskin azaldacaq, neft ixracı isə artacaq

23.09.2022 İqtisadiyyat
0 0
Rusiya yaxın üç ildə dünya bazarına qaz tədarükünün nə qədər azalacağını müəyyən edib.

Bu barədə “Bloomberg“ büdcə layihəsinə istinadən məlumat yayıb.

Sənədə əsasən, 2023-2025-ci illərdə Rusiyadan qaz ixracının illik həcmi təxminən 40% azalaraq 125.2 mlrd. kubmetr təşkil edəcək. Bu il qaz ixracının 142 mlrd. kubmetr həcmində olacağı proqnozlaşdırılır.

Üçillik büdcə layihəsinə əsasən, gələn il Rusiyadan neft ixracının 250 mln. ton, 2024-cü ildə – 255 mln. ton, 2025-ci ildə isə 260 mln. ton olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, bu il Rusiya 243 mln. ton neft ixrac etməyi planlaşdırır.