USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Türkiyə qaz tədarükünü genişləndirəcək

03.11.2022 İqtisadiyyat
0 0
“Azərbaycana son səfərimdə Prezident İlham Əliyevlə qaz tədarükü məsələsini müzakirə etdim”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV kanalına müsahibəsi zamanı deyib.

O, Zəngilan Hava Limanınının açılışında İlham Əliyevlə Avropaya qaz tədarükü ilə bağlı fikir mübadiləsi apardığını bildirib:

“Türkiyə və Azərbaycanın birgə neft və qaz istehsalı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum xətləri də var. Onların fəaliyyəti ilə bağlı qardaş ölkəyə son səfərimdə İlham Əliyevlə müzakirə apardım. Biz birlikdə də qaz alışını davam etdirəcəyik. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımızı da quracayıq”.