USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Rusiyadan yanacaq alışını 25% azaldıb

30.11.2022 İqtisadiyyat
0 0
2022-ci ilin oktyabrında Rusiyanın Türkiyədən mineral yanacaqların, xüsusilə də kömür, neft və təbii qazın idxalı 25% azalıb, bu barədə Türkiyə Statistika İnstitutunun xarici ticarət məlumatlarında deyilir. Qeyd olunur ki, sentyabrda Rusiya şirkətləri Türkiyədən 5 milyard dollarlıq, oktyabrda isə 3.7 milyard dollarlıq yanacaq alıb.

Bununla belə, “Turkstat”ın hesabatlarına əsasən, illik ifadədə oktyabr ayında Rusiyadan kömür və karbohidrogen tədarükü 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.9 dəfə artıb. Ümumiyyətlə, yanvar-oktyabr aylarında Türkiyə Rusiyadan təxminən 50 milyard dollar dəyərində mal idxal edib.

İnstitutun materiallarında Rusiya neftinin, kömürünün və ya qazının idxalının nə qədər pay təşkil etdiyi göstərilmir. Buna baxmayaraq, analitiklərin fikrincə, Rusiyadan “məxfi” idxal 3.8 milyard dollardan 2.35 milyard dollara düşüb.

Daha əvvəl “Bloomberg” Türkiyə Nəqliyyat Nazirliyinə istinadən yazmışdı ki, Ankara dekabrın 1-dən xam neft daşıyan tankerlərin boğazlardan keçməsi üçün əlavə ödəniş tətbiq edib. Agentlik qeyd edib ki, Türkiyə hakimiyyətinin sığorta tələbi Rusiya ixracını ciddi şəkildə çətinləşdirə bilər.