Rusiyada qaz və elektrik enerjisinin qiyməti bahalaşıb

01.12.2022 İqtisadiyyat
Rusiyada dekabrın 1-dən qaz tarifləri 8.5%, əhali üçün elektrik enerjisi 9% bahalaşıb.

Rusiya hökuməti əhali üçün mənzil-kommunal xidmətlərin tariflərinin indeksləşdirilməsini 2023-cü il iyulun 1-dən 2022-ci il dekabrın 1-dək təxirə salmaq qərarına gəlib, növbəti indeksləşmə 2024-cü il iyulun 1-i olacaq.

Tariflərin artımı kommunal infrastrukturun yenilənməsi zərurəti və əvvəlki indeksləşmələrin inflyasiya templərindən geridə qalması ilə izah edilir.

Hakimiyyət orqanlarının qərarına əsasən, dekabrdan sənaye və əhali üçün qazın qiyməti 8.5% artacaq. Əhali üçün elektrik enerjisinin qiyməti 9% yüksələcək.

Dekabr indeksləşməsi il ərzində ikinci olacaq, bu ilin iyul ayında Rusiya Federasiyasında kommunal xidmət tarifləri 4% indeksləşdirilib.