"Rəqabət qiymət üzərində qurulmamalıdır" - VİDEO-MÜSAHİBƏ

14.08.2018 Sığorta
"Televiziya kanalları sığorta şirkətləri üçün effektiv reklam kanalı sayılmır."

Bunu "Kommersant.az"a video müsahibəsində sığorta mütəxəssisi Xəyal Məmmədxanlı deyib.

O, bunu həmin kanallarda reklamın kifayət qədər bahalı və insanların daha çox sosial şəbəkələrə marağının istiqamətlənməsi ilə əlaqələndirib.

X.Məmmədxanlı eyni zamanda rəqabətin şərtlərindən də danışıb. İcbari sığortadakı rəqabətin qiymət üzərində qurulmasının yolverilməz olduğunu bildirib.

X.Məmmədxanlı uğurlu start-up-ın sirlərindən də söz açıb.

Daha ətraflı video müsahibədə: