“Balaca dostlarımız, böyük futbolda - FOTO

31.05.2018
İdman
0
0
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Qırğızıstan dostluq görüşündə komandalar meydana daun sindromlu uşaqlarla birlikdə daxil olmuşdular.
"Kommersant.Az xəbər verir ki, bu sosial layihə Hyundai-ın Azərbaycanda rəsmi distribyutoru "Auto Azerbaijan" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən birlikdə təşkil edilib.
"İnanırıq ki, balaca dostlarımızın pozitiv enerjilərinin və səmim dəstəklərinin qazandığımız möhtəşəm qələbədə rolu böyükdür! Çox sağ olun, dostlar! Bu diqqəti və həssaslığı gündəlik həyatda da göstərib bərabərliyimizin fərqində olduğumuzu hiss etdirmək çox önəmlidir!"- "Auto Azerbaijan" şirkətindən bildirilib.
Bu sosial təşəbbüs "Auto Azerbaijan" şirkətinin "Gələcəyimiz üçün əl-ələ" layihəsi çərçivəsində reallaşdırılıb.
Digər xəbərlər

10.07.2018
İdman
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
1
0

07.07.2018
İdman
“Rusiya 2018”: İsveç və İngiltərə milliləri yarımfinala vəsiqə uğrunda qarşılaşırlar
1
0