USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qarabağ”a yeni transfer

25.06.2018 İdman
0 0
“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib.

"Kommersant" xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu feysbuk səhifəsində video-paylaşımla yayıb.

Videoda futbolçunun üzü görünməsə də, onun “Lans”ın “11 nömrəsi” Abdullah Zubir olduğunu müəyyənləşdirmək çətin deyil. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək.

Qeyd edək ki, son klubu “Lans” olan Abdullah Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.