DÇ-2018: Fransa və Argentina yığmalarının start heyətləri açıqlanıb

30.06.2018 İdman
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 final matçında üz-üzə gələcək Fransa və Argentina yığmalarının start heyətləri açıqlanıb.

"Kommersant" ın "Report"a istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Fransa: 1. Uqo Lyoris, 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru,

10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matüidi, 21. Lukas Ernandes

Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 7. Ever Baneqa, 10. Lionel Messi, 11. Anxel Di Maria, 14. Xavyer Maskerano, 15. Entso Peres, 16. Markos Roxo, 17. Nikolas Otamendi, 22. Kristian Pavon

Kazan şəhərindəki eyniadlı arenada keçiriləcək Fransa - Argentina matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.