USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samir Şərifov prezidentə yalan danışıb?

14.01.2020 Siyasət
1 1
Dünən prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə maliyyə naziri Samir Şərifov bildirib ki, il ərzində Azərbaycan dövlət borcunun ödənilməsi üçün 1.7 milyard manat xərcləyir.

"Kommersant.az" Index-ə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, "The Economist" nəşrinin hesabatında fərqli rəqəmlər qeyd olunub: "Açığı, mən daha çox "The Economist" nəşrinə inanıram, çünki söhbət kifayət qədər nüfuzlu və mötəbər mənbədən gedir. Samir Şərifov qeyd edib ki, 2020-ci ildə dövlət borcumuz azalacaq, lakin "The Economist" əksini iddia edir. "The Economist" yazır ki, 2019-cu ildə Azərbaycanın xarici borcu 17.418 milyard dollar olub. Maliyyə Nazirliyi isə bu rəqəmi 10.8 milyard dollar kimi göstərir. Əgər "The Economist" nəşrinin səsləndirdiyi rəqəm doğrudursa, deməli, bizim xarici borcumuz ÜDM-in 40%-nə bərabərdir ki, bu da xarici borc üçün kritik həddir. "The Economist"in hesabatında o da qeyd edilib ki, 2019-cu ildə Azərbaycan xarici borcların ödənilməsi üçün 2.795 milyard dollar vəsait sərf edib. Maliyyə naziri isə deyir ki, 1.7 milyard dollar xərclənib".