USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəxtiyar Əliyevin lider namizəd olduğu dairə barədə QƏRAR

24.02.2020 Siyasət
0 0
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Arifə Muxtarova bidirib ki, həmin dairənin 25 və 33 saylı seçki məntəqələrində qanun pozuntularının olduğu öz təsdiqini tapıb. MSK həmin seçki məntəqələrinin nəticələrinin etibarsız sayılması barədə qərar çıxarıb.

Xatırladaq ki, həmin dairədə lider namizəd Bəxtiyar Əliyevdir. /Oxu.az