USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Konstitusiya Məhkəməsinin ləğv etdiyi dairələr - SİYAHI

26.02.2020 Siyasət
0 0
Daha bir neçə seçki dairəsinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilə bilər.

"Kommersant.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu mülahizə Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayandan sonra irəli sürülüb.

İddialara görə, Konstitusiya Məhkəməsi qalmaqallı dairələrə xüsusi diqqət yetirəcək və mümkündür onlardan bəzilərinin nəticələri ləğv edilsin. Ləğv olunacağı ehtimal edilən dairələrdən əsasən 125 saylı Zəngilan-Qubadlı, 23 saylı Nəsimi-Səbail, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 60 saylı Salyan-Neftçala və 79 saylı İmişli seçki dairələrinin adı çəkilir.

Bu dairələrin qalibləri müvafiq ardıcıllıqla İmamverdi İsmayılov, Ziyad Səmədzadə, Səbinə Xasıyeva, Fəzail Ağamalı və Razi Nurullayevdir. Adıçəkilən seçki dairələri ilə bağlı narazılıq daha çoxdur. Bu, həm də qaliblərin kimliyi ilə bağlıdır.

Digər tərəfdən, bu dairələrdən bəzilərində 10-dan artıq məntəqənin nəticələri ləğv edilib. Konkret olaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 13, 12 saylı Qaradağ-Yasamal-Binəqədi seçki dairəsində isə 11 məntəqənin nəticələri etibarsız sayılıb.