USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Elman Nəsirov, sənin mövcudluğun adamı hövsələdən çıxarır” - QALMAQAL

18.06.2020 Siyasət
0 0
Milli Məclisin deputatı Elman Nəsirovla Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında debatda qalmaqal baş verib.

"Kommersant.az"-ın xəbərinə görə, müzakirə olunan mövzu koronavirus pandemiyası dövründə tətbiq olunan tədbirlər olub.

Bu zaman E.Nəsirovun çıxışı Sərdar Cəlaloğlunu hövsələdən çıxarıb.

Deputat deyib ki, Azərbaycan dövləti bu məsələdə operativ addımlar atıb.

S.Cəlaloğlu isə ona etiraz edib.

E.Nəsirov isə deyib ki, qarşı tərəfi sakit şəkildə dinləyir: “Gördünüz ki, mən sizi tam sakit şəkildə dinlədim. Ən böyük problemim bilirsiniz nədir? Müxalifət nümayəndələri ilə debata çıxarkən hamısı hövsələdən çıxırlar. Təmkinli deyillər. Bu, nə ilə bağlıdır, bilmir”.

S.Cəlaloğlu isə qeyd edib: “Bu, sənin adamı hövsələdən çıxarmağınla bağlıdır”.

Elman Nəsirov: Mənim sükutum sizi hövsələdən çıxarır, bir nəfərin sözünü kəsmirəm.

Sərdar Cəlaloğlu: Mövcudluğun adamı hövsələdən çıxarır.