USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin İlham Əliyevlə sərhəddəki vəziyyətdən danışdı

18.06.2020 Siyasət
0 0
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

***

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib.

Kremlin rəsmi saytı xəbər verir ki, telefon zəngi zamanı tərəflər koronavirusla mübarizə və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar.

“Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Danışıqlarda ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Bundan başqa, koronavirus pandemiyası və bu infeksiya ilə mübarizədə atılan addımlara da toxunulub” - deyə rəsmi məlumatda deyilir.