USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oqtay Əsədov Türkiyədə villa aldı, Çingiz Əsədullayevlə qonşu oldu - FOTO

25.06.2020 Siyasət
0 2
“Oqtay Əsədovun Nyu-Yorkda 1.825.000 dollarlıq mənzil almaq almaq sevdasını ehtimal ki, Moskvada bahalı "Kapriz" gecə klubunu almaq qərarı pozdu. Amma Əsədovlar dəbdəbəli mülk almaq istəklərini Türkiyədə reallaşdırdılar. Azərbaycanın keçmiş spikerin ailəsi Bodrum yaxınlığında, Egey sahilindəki Kızılburun Gündoğan məhəlləsində, MY BLUE RESIDENCE-dəki lüks villaların birinə müştəri çıxdı. Bura Türkiyənin və dünyanın zənginlərinin üz tutduğu məkandır, mülklərin dəyəri 1.5-4 milyon lirə arasında dəyişir.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Əsədovların sövdələşdikləri özəl hovuzlu lüks villa Gündoğan, Kizilburun Mevkii Tankay Sitesi Arkasi 463 Parsel No: 6-dadır: “Bura keçmiş deputat və bankir Çingiz Əsədullayevanın qonşuluğundadır. Həmin Əsədullayev ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi tanınırdı. Əsədovların villaya konkret olaraq nə qədər ödədikləri bəlli deyil. Amma villa hazırda kürəkəni tərəfindən hotel kimi idarə olunur və günlük icarəyə (bir nəfər üçün günlük 144 dollar) təklif edilir