USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vaşinqton Əfqanıstanın aktivlərinin açılması üzəridə işi davam etdirəcək

22.08.2022 Siyasət
0 0
ABŞ Prezidenti Co Baydenin administrasiyası “Taliban” və Əfqanıstan Mərkəzi Bankı tərəfindən yol verilən ləngliyə baxmayaraq, Əfqanıstanın dondurulmuş aktivlərinin açılması üzərində işi davam etdirəcək.

Vaşinqtonun bu qərarı Əfqanıstanda hökm sürən kəskin humanitar böhranla əlaqədardır. BMT-nin məlumatına görə, 22.8 milyon əfqanıstanlı daimi olaraq doyunca yemir, 8.7 milyon sakin isə aclıq çəkir. Hazırda taliblər üçün 9.5 milyard dollar dövlət ehtiyatının yalnız 0.1 faizi əlçatandır.

Əfqan terrorçularının lideri Ayman əz-Zəvahiri öldürüldükdən sonra ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin nümayəndələri bəyan ediblər ki, danışıqların tempinin məyusluq doğurmasına baxmayaraq, dialoq davam etdiriləcək. ABŞ-ın bu səylərinin əsasında Əfqanıstan Mərkəzi Bankının aktivlərinin İsveçrədəki trast fonduna yönəldilməsi planı dayanır. Oradan isə aktivlər “Taliban”dan yan keçməklə, Əfqanıstana yönəldiləcək. Amerika tərəfinin bu planı İsveçrənin təmsilçiləri və digər iştirakçılarla müzakirə etdiyi bildirilir. Aktivləri birbaşa vermək mümkünsüzdür. Belə ki, taliblərin bir çox liderləri ABŞ və BMT-nin sanksiyaları altındadır.

“Taliban” Əfqanıstanda hakimiyyəti zəbt etdikdən dərhal sonra Beynəlxalq Valyuta fondu və Dünya Bankı Kabilə maliyyə dəstəyini dayandırıb. Birləşmiş Ştatlar da öz növbəsində Əfqanıstan hökumətinin ABŞ banklarındakı dövlət ehtiyatlarını dondurub. Dondurulmuş vəsaitlərin ümumi məbləği 9.5 milyard dollar təşkil edir ki, onun da 7 milyard dolları ABŞ-da saxlanılır.