USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Badamov: “İranla Azərbaycan arasında müharibə ehtimalının olmadığını düşünürəm”

30.01.2023 Siyasət
12 2
“İranla Azərbaycan arasında müharibə ehtimalının olmadığını düşünürəm. Hesab edirəm, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsi İranın öz daxilində baş verən proseslərdən ictimaiyyətin diqqətini yayındarmaq məqsədi daşıyır. Səfirliyimizə olmuş silahlı basqın sıradan bir hadisə deyil. Bu terrorun təşkilatçıları var...”

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti səfirliyimizdə baş verən terrorun təşkilatçılarının müəyyənləşdirilməsində israrlıdır: “Səfirliyimizin bağlanmasını və əməkdaşlarımızın təxliyyə olunmasının səbəbi ölkəmizin İrana öz narazılığının ifadəsidir. Ümumiyyətlə, son vaxtlar baş verən hadisələr İranla münasibətlərimizə yenidən baxılması məsələsini aktuallaşdırır”.