USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Polşaya səfər etməyi planlaşdırdığını açıqlayıb

31.01.2023 Siyasət
0 0
ABŞ Prezidenti Co Bayden Polşaya səfər etmək niyyətində olduğunu bildirib.

Kommersant.az xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidmətindən bildirilib.

C.Bayden səfərin nə vaxt baş tutacağını hələ bilmədiyini qeyd edib.

Jurnalistlərin məlumatına görə, bundan əvvəl Amerika liderindən Ukrayna hadisələrinin ildönümü münasibətilə Avropaya səfər etmək niyyətində olub-olmaması da soruşulub. "Mən əmin deyiləm", - deyə ABŞ lideri cavab verib.

Yanvarın 25-də "NBC" telekanalı C.Baydenin fevralda bir neçə Avropa ölkəsinə səfər etməyi düşündüyünü bildirib. "NBC"nin mənbələrinin məlumatına görə, səfər Ukrayna hadisələrinin ildönümünə təsadüf edə bilər.