Ukrayna müharibəsinin birinci ildönümünə saatlar qalmış Rusiya lideri Putin və ABŞ prezidenti Bayden arasında duel olub. “Qərb Rusiyanı bitirmək istəyir” deyən Putin ABŞ-la imzalanan “Yeni START” nüvə anlaşmasını dayandırdıqlarını açıqladı.
Ukrayna müharibəsinin birinci ildönümü yaxınlaşdığı bir vaxtda, Co Baydenin ötən gün Kiyevə səfərindən sonra Rusiya Federal Məclisində çıxış edən rus lideri müharibənin davam edəcəyi mesajını verib. Ukrayna müharibəsi kontekstində Qərb dövlətlərini, xüsusən də ABŞ-ı ittiham edən Putin Rusiyanın geri çəkilməyəcəyini bildirib.