USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Yaxın Şərqdə ABŞ ordusuna qarşı hücumlara cavab verəcəyini vəd edib

29.01.2024 Siyasət
0 0
NBC: Ağ Ev Yaxın Şərqdə ABŞ ordusuna qarşı hücumlara cavab verəcəyini vəd edib.

Birləşmiş Ştatlar Yaxın Şərqdə yerləşən Amerika qoşunlarına qarşı hücumlara cavab verəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC telekanalına müsahibəsində bildirib.

“Əlbəttə ki, bunu məqsədəuyğun hesab etdiyimiz vaxtda və şəkildə edəcəyik” deyə söz verib.

Bundan əlavə, ABŞ-ın İran ordusuna zərbələr endirməyə hazır olması ilə bağlı sualı cavablandıran Kirbi Vaşinqtonun “İranla müharibə axtarmadığını” vurğulayıb.

Bundan əvvəl ABŞ senatoru Lindsey Graham prezident Co Bayden administrasiyasını Yaxın Şərqdəki ABŞ hərbi bazalarından birinə hücumdan sonra İran ərazisinə zərbələr endirməyə çağırıb.