ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan, "Seçkilərin ikinci tura keçmə ehtimalının yüksək olduğunu görürük" dedi.
Kommersant.az xəbər verir ki, prezident namizədi Twitter hesabındakı paylaşımında “Seçkilərin ikinci tura keçmə ehtimalının yüksək olduğunu görürük.
Bu seçkinin açarı türk millətçiləri və kamalistlərdir. Məhərrəm İncənin müxtəlif təzyiqlərlə seçkidən uzaqlaşdırılmasından sonra son iki gündə bizə hücum edən, haqsız yerə bizi ittiham edən, linç etməyə cəhd edənlərin bu siyasi mənzərədən ibrət dərsi çox olmalıdır! Hər bir nəticə millətimiz üçün xeyirli olacaq!” ifadəsini işlədib.