USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ankara və İstanbul Böyükşəhər Bələdiyyə Başçıları əllərindəki məlumatları açıqladı

14.05.2023 Siyasət
33 7
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu əllərindəki seçki nəticələri ilə bağlı məlumat verdilər.

Kommersant.az xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu əllərindəki seçki nəticələri ilə bağlı məlumat verib.

Prezident və 28-ci Dövr Millət vəkili Ümumi Seçkiləri üçün səsvermə prosedurlarının tamamlanmasının ardından İmamoğlu və Yavaş CHP Ümumi Qərargahında iki mətbuat konfransı keçirib.

Əkrəm İmamoğlu bildirib ki, Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlunun yüksək olduğu sandıqlara müntəzəm etirazlar edilib.

Seçki nəticələrini Baş Qərargahdan Millət Alyansının liderləri ilə birlikdə təqib edəcəklərini ifadə edən İmamoğlu, “Sizə məlumat verəcəyik, bu gecə ölkəmizin heç bir küncündə bir nəfər də olsun vətəndaşın aldadılmasına, aldanmasına icazə verməyəcəyik" dedi.

İmamoğlu ikinci mətbuat şərhində təmkinli açıqlamaları hörmətlə qarşıladıqlarını, yetkin və sağlam mesajlar almaqdan xoşbəxt olduqlarını bildirdi.

Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş da aldıqları məlumatları paylaşdı.